Yerevan polisinin rəis müavini Valeri Osipyan Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edənlərə aksiyanı dayandırmağa çağırıb.
Realliqinfo.org Trend-ə istinadən xəbər verir ki, buna baxmayaraq Yerevanda etiraz aksiyası davam edir.
Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan isə bəyan edib ki, etirazçılar bu gün S.Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı və səsvermə keçiriləcəyi parlamentə gedən yolları bağlamağa çalışacaqlar.