Türkiyənin Kütahya vilayətində məktəblərin birində kütləvi zəhərlənmə baş verib.
Realliqinfo.org Trend-ə istinadən xəbər verir ki, 167 nəfərin ürəkbulanma və qusma simptomları ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Onlardan 3 nəfərinin müəllim olduğu deyilir.
Hazırda xəstəxanaya yerəşdirilən şagird və müəllimlərin vəziyyəti normal olaraq qiymətləndirilir.
Zəhərlənmənin keyfiyyətsiz qida səbəbindən baş verməsi ehtimal edilir. Hadisə ilə bağlı cinayət işi açılıb.